Kriminal / Sosial
9.01.2022
214
Bakıda 25 yaşlı gənc bıçaqlandı
Bakıda 25 yaşlı gənc bıçaqlanıb.
Azmarka.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Novruzov Sakit Məhəmməd oğlu bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.
S.Novruzova xəsarət yetirməkdə qardaşı şübhəli bilinir.
Hadisənin təfərrüatı araşdırılır.
Azmarka.az