Kriminal / Sosial
10.01.2022
127
Bakıda şagird sinif yoldaşı tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT
162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.
Azmarka.az xəbər verilir ki, məktəbdən "musavat.com"-a verilən məlumata görə, hadisə dərsdən sonra baş verib. Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Azmarka.az