Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Gəncədə bir gündə iki bıçaqlanma

Gəncədə iki bıçaqlanma hadisəsi baş verib.

Bu hadisələrdən biri şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1995-ci il təvəllüdlü Məmmədova Şəhanə Bayram qızı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

Digər hadisə isə hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

42 yaşlı Ceyhunə Verdiyeva qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Azmarka.az


Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031