Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ağdaşda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Azmarka.az xəbər verir.

Məlumata görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107" markalı avtomobilin sürücü Seymur Əhmədov, anası Rahilə Əhmədova və qadının nəvəsi Rahilə Əhmədova ölüblər.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

09:01
Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Azmarka.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031