Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qaxda avtomobil işıq dirəklərinə çırpılıb, xəsarət alanlar var

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azmarka.az -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Zaur Alakulaşvili idarə etdiyi 99-TB-884 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın işıq dirəklərinə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930