Kriminal / Sosial
3.03.2021
151
Kürdəmirdə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var
Kürdəmir rayonunda yol qəzası olub.
Azmarka.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınının arxasındakı qoşquya çırpılıb. Nəticədə "Mercedes"də olan 4 nəfər müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azmarka.az