Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Sumqayıtda ağır yol qəzası baş verib

Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azmarka.az xəbər verir ki, hadisə şəhərin dənizkənarı bulvar ərazisində qeydə alınıb.

Belə ki, 90-MB-633 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillə 10-SD-472 dövlət nömrə nişanlı “VAZ 2107”markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031