Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Gəncə sakini bacısının ərini və qaynını bıçaqlayıb - YENİLƏNİB-2

Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Azmarka.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

25 mart, saat 23:24
Gəncə şəhərində mübahisə zamanı iki nəfər bıçaq xəsarəti alıb.

Azmarka.az-ın məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisədə 29 yaşlı Osman Aydın oğlu Dadaşov və onun qardaşı 30 yaşlı Salman bıçaq xəsarəti alıblar.

Hər iki şəxs hadisə yerinə cağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi polis əməkdaşları tərəfindən araşdırılır.

23:00
Gəncə şəhərində mübahisə zəminində bıçaqlanan olub.

Azmarka.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində, marketlərin birinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, tərəflər arasında yaranmış mübahisə zəminində bıçaqlanan olub.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031