Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Tovuzda avtomobil aşıb, beş nəfər xəsarət alıb - SİYAHI

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azmarka.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Xəsarət alan şəxslər aşağıdakılardır:

2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;

1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmirasla qızı;

2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;

1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı;

1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.

Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930