Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Təbrizli tanınmış musiqiçidən AĞIR İTTİHAM: "Tehran musiqi mafiyası..."

Təbrizli musiqiçi zərbaycan msiqi qruplarının festivallara qatılması qarşısında törədilən əngəllərdən danışıb.

Azmarka.az "Günaz.tv"yə istinadən xəbər verir ki, Təbrizli musiqiçi Rza Hüseyni Bəqanam Azərbaycan musiqisinin festivallara qatılmasın qarşısında törədilən əngəllərdən danışıb və Tehran musiqi mafiyasının bu məsələdə böyük rol oynadığını deyib.

“Bu günə kimi Tehran musiqi mafiyası Azərbaycan musiqisinin ənənəvi musiqi festivallarına qatılmasına imkan verməyib və bu üzdən biz daha çox bölgə festivallarında tmsil olunmuşuq. Bunun belə olduğunu, bilərəkdən edildiyini bu sahədə çalışan dost-tanış və məlumatlı adamlarla danışıqlarımda duymuşam”-deyə, təbrizli musiqiçi bildirib.

Azərbaycan musiqisinin hazırkı durumundan danışan Rza Hüseyni, bir sıra problemlərin bilərəkdən törədildiyini söyləyib.

“Azərbaycan musiqisinin patologiyasının amilləri məqsədli şəkildə törədilən əngəllərdən ibarət olması ilə yanaşı, cəmiyyətdə ümumi mədəni səviyyənin aşağı düşməsi və iqtisadi çatışmazlıqlardan ibarətdir”-deyə, musiqiçi vurğulayıb.

O, Təbrizdə mədəni imkanların məhdud olduğuna, yerli məsulların mədəniyyət sahəsinə diqqət ayırmadıqlarına toxunub və bunun Təbriz kimi tarixi şəhərə yaraşmadığını deyib. “Məsələ burasındadır ki, biz qısır mədəniyyət səhrasındayıq.Korona epidemiyası başlamazdan əvvəl Təbriz teatrında ayda bir dəfə teatr göstərilirdi. Halbuki şəhər teatrının üç ayrı zalı var və hər gün orada bir neçə teatr səhnələşdirmək olur. Maraqlıdır ki, bu şəhərdə yalnız bir standart illik konsert proqramı var. Şəhərimizin mədəni vəziyyəti təsvir etdiyim kimidir. Şəhər məsulları Təbrizdə musiqinin ifa olunub-olunmamasına əhəmiyyət vermirlər” - deyə, Rza Hüseyni Bəqanam yerli məsullarında mədəni sahəyə laqeydliyini qınayıb.

O, Təbrizdə məsul qurumlarda ciddi və mütəxəssis mədəniyyət xadiminin olmadığını deyib və artırıb ki, təsadüfən belə bir şəxs əyalətin Mədəniyyət və İrşad İdarəsində olmuş olsa belə onun kölgədə qalmasına çalışılır, aparıcı mövqe tutmasına imkan verilmir.

“Təbrizdə yalnız bir musiqi məktəbi fəaliyyət göstərir. Orada isə bir nəfər belə rəsmi müəllim işə götürülməyib. Tədris edən müəllimlər müvəqqəti əmək qarşılığında işləyirlər. Azərbaycan musiqisi Təbriz Universitetində tədris olnmalıdır. Hələ Azad İslam Universitetininin bu məsələyə qarşı qeyri-adi davranışını demirəm. Adını çəkdiyim Universitet bir neçə ildir musiqiçi olduğum üçün mənim maaşımı kəsib” - deyə, tanınmış musiqiçi bildirib.

Qeyd edək ki, Tehran İncəsənət Universitetində etnomusiqişünaslıq, tərcüməşünaslıq və musiqi üzrə doktorluq dərəcəsinə malikdir və hazırda Təbrizdə çalışır.


Azmarka.az

Digər xəbərlər

  • 30.12.2021
  • 28.12.2021
  • 23.12.2021
  • 25.11.2021
  • 6.11.2021
  • 27.10.2021
  • 23.09.2021
  • 20.09.2021
  • 13.09.2021
  • 22.07.2021
  • 26.05.2021
  • 12.05.2021
  • 12.05.2021
  • 7.05.2021
  • 6.02.2021