Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər

Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili feysbuk səhifəsində məsciddən fotolar paylaşıb.

O bildirib ki, məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir: "Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!"

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər




Azmarka.az

Digər xəbərlər

  • 22.02.2022
  • 22.02.2022
  • 22.02.2022
  • 22.02.2022
  • 21.02.2022
  • 21.02.2022
  • 11.12.2021
  • 10.07.2021
  • 31.05.2021
  • 27.05.2021
  • 26.04.2021
  • 18.02.2021
  • 28.12.2020
  • 3.12.2020
  • 10.09.2020