Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına MÜRACİƏT

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. Azmarka.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - nazirlikdən qeyd olunub.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031