Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Səfir: "ABŞ minaların təmizlənməsində Azərbaycanla əməkdaşlığa hazırdır"

“Azərbaycanın azad olunmuş bölgələrində aparılan yenidənqurma işlərində ABŞ-dan daha çox şirkətin iştirak etməsini istərdik”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.

“Ağdamda olanda hər şeyi öz gözümlə gördüm. Bərpa işlərində iştirak edən daha çox ABŞ şirkətləri görmək istərdim. Onları cəlb etmək üçün daha çox açıq tenderlər keçirilməli, işgüzar mühit daha əlverişli vəziyyətə gətirilməlidir. Azərbaycan böyük potensiala malikdir, biz də təcrübəmizi bölüşməyə hazırıq” – deyə səfir qeyd edib.

Azad olunmuş ərazilərin həmçinin yaşıl enerji ilə bağlı da imkanlarını dilə gətirən amerikalı diplomat bərpa olunan enerji mənbələrilə bağlı layihələrdə də ABŞ şirkətlərinin iştirak edəcəyinə inandığını bildirib.

Bununla yanaşı, Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə də dəstək vermək üçün ABŞ-ın lazımi təcrübə və texnologiyalara malik olduğu, o cümlədən Marşal Miras İnstitutu ilə ANAMA arasında səmərəli əməkdaşlığın bərqərar olduğu diqqətə çatdırılıb.

Azmarka.az

Digər xəbərlər

  • 16.02.2022
  • 12.02.2022
  • 3.02.2022
  • 3.02.2022
  • 11.12.2021
  • 2.12.2021
  • 22.11.2021
  • 16.10.2021
  • 15.06.2021
  • 11.06.2021
  • 9.06.2021
  • 11.04.2021
  • 8.02.2021
  • 6.02.2021
  • 22.01.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031