Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

XİN-də işləmək istəyən və imtahanda zəif nəticə göstərən 13 nəfərin balı artırılıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apellyasiya prosesi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahanın nəticələri ilə bağlı ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb.

Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat, essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma məqsədilə göndərilib.

Komissiyanın qərarına əsasən müraciət edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6 nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib.

Xatırladaq ki, hər bir müraciət haqqında Apellyasiya Komissiyasının qərarı ilə bağlı namizədlər məlumatlandırılıb.

Azmarka.az

Digər xəbərlər

  • 14.02.2022
  • 13.01.2022
  • 4.12.2021
  • 9.10.2021
  • 10.09.2021
  • 21.08.2021
  • 9.08.2021
  • 29.07.2021
  • 17.07.2021
  • 20.06.2021
  • 28.05.2021
  • 21.05.2021
  • 7.05.2021
  • 3.05.2021
  • 6.03.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031