Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsi təsdiqlənib

Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsini təsdiq edib.

Əsasnaməyə görə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər.

- ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

- ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

- ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən təltif edilirlər.

Medalın taxılma qaydasına gəlincə, medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Dövlət başçısı eyni zamanda “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsvirini də təsdiqləyib.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031