Azərbaycan Macarıstanın azad edilmiş ərazilərin bərpasında iştirakını müzakirə edib

Azmarka.az: Azərbaycan Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpa prosesində iştirakını müzakirə edib.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Nazirin sözlərinə görə, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq: "İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq".