Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Təbriz İnqilab Məhkəməsi iki milli fəalı bölücülük ittihamı ilə mühakimə edəcək - FOTO

“Nizama müxalif və bölücü qruplara üzv olmaq”da ittiham edilən milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz İnqilab Məhkəməsinə çağırılıb.

Azmarka.az xarici KİV-ə istinadən bildirir ki, Sultani və Kiyumərsi keçən ilin oktyabr ayında Qarabağ savaşı zamanı Azərbaycan Respublikasına dəstək aksiyaları ilə əlaqədar Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində nəzarət altına alınaraq Təbrizdəki kəşfiyyat həbsxanasına göndərilmişdilər. Türk fəallar iki aydan artıq həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

"Amerikanın Səsi"nin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, fəallara göndərilən çağırış vərəqələrində onlardan may ayının 24-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə müraciət etmələri tələb olunub.

Səid Sultani və Babək Kiyumərsi təqribən iki həftə əvvəl Təbrizin ümumi və inqilab prokurorluğuna çağırılmışdılar. Həmin gün onlara qarşı irəli sürülən “nizama müxalif və bölücü qruplara üzv olmaq” ittihamı prokurokuror tərəfindən oxunmuşdu.

Keçən ilin sentyabr və oktyabr aylarında Vətən müharibəsi zamanı Güney Azərbaycanda təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılıb, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.

Təbriz İnqilab Məhkəməsi iki milli fəalı bölücülük ittihamı ilə mühakimə edəcək - FOTO



Azmarka.az

Digər xəbərlər

  • 28.02.2021
  • 23.02.2021
  • 26.01.2021
  • 24.01.2021
  • 17.01.2021
  • 12.01.2021
  • 11.01.2021
  • 10.01.2021
  • 5.01.2021
  • 4.01.2021
  • 17.12.2020
  • 3.12.2020
  • 1.11.2020
  • 15.10.2020
  • 8.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930