Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İsrail səfirindən minaya düşərək həlak olan jurnalistlərlə bağlı BAŞSAĞLIĞI

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

Azmarka.az bildirir ki, İsrail diplomatı bu barədə "Twitter"də bildirib.

"Kəlbəcərdə mina partlayışında iki jurnalistin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", - deyə Corc Dik bildirib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.


Azmarka.az

Digər xəbərlər

  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.05.2021
  • 10.03.2021
  • 18.02.2021
  • 9.02.2021
  • 21.01.2021
  • 30.11.2020
  • 28.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031