Siyasət
3.07.2021
154
KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq - Baş katib
Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi "sərhədyanı insident"dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.
Bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:
"Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq".
Azmarka.az