Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan Ermənistan ordusunun silahlanmasını nəzarətdə saxlayır - Millət vəkili

Azərbaycan Ermənistan ordusunun silahlanma vəziyyətini daim nəzarətdə saxlayır.

Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Ermənistan ordusunun modernləşməsi üçün Rusiyanın yardım edəcəyi gözlənilən idi:

"Nəzərə alsaq ki, Ermənistan Rusiyadan olduqca asılıdır, bəllidir ki, yeni silah-sursat da Rusiyadan gələcək. Ancaq məhdudiyyət var. Bu məhdudiyyət ondan ibarətdir ki, daha əvvəl Ermənistanın Rusiyaya ödənməmiş 300 milyon dollarlıq hərbi krediti var, üstəlik müharibə ərəfəsində də Rusiya Erməistana təxminən 1 milyard dollarlıq hərbi texnika, sursat, avadanlıq göndərib. Bu silah-sursatlar o qədər təcili gətirilmişdi ki, heç kredit müqaviləsi belə imzalanmamışdı. Düşünürəm ki, yeni silahların və texnikaların göndərilməsindən öncə Rusiya Ermənistanı əvvəlki borcları rəsmiləşdirməyə və yeni şərtləri qəbul etməyə məcbur edəcək. Digər tərəfdən inanmıram ki, Rusiya əvvəlki dövrdə olduğu kimi Ermənistana saysız-hesabsız silah-sursat göndərsin. Amma hər halda biz bu məsələni nəzarətdə saxlayırıq. Azərbaycanın hərbi üstünlüyü dəyişməz olaraq qalır. Biz onu qoruyub saxlayacağıq".

Millət vəkili onu da qeyd edib ki, Ermənistanın silahlanması təhlükəli həddə çatmağa başladığı halda, Azərbaycan Rusiyaya təkcə narazılıq bildirməklə kifayətlənməyəcək:

"Rusiya Ermənistana pulsuz köhnə silah göndərirdisə, Azərbaycana müasir silah satırdı. Hansısa böyük narazılıqlarımız olduğu halda təbii ki, biz Rusiya ilə əlverişli bazar kimi hərbi texnika sahəsində münasibətlərimizi dayandıra da bilərik. Yəni, Azərbaycanın bu proseslərə təsir imkanları var. Nəhayət. Azərbaycan Prezidenti Ermənistan ordusundan Azərbaycana hər hansısa bir təhlükə yarandığı halda, bu təhlükənin reallaşmasını gözləməyəcəyimizi bildirmişdi. Bizim erməniləri yerində oturtmağımız üçün kifayət qədər gücümüz var".

Azmarka.az

Digər xəbərlər

  • 13.06.2021
  • 7.06.2021
  • 8.04.2021
  • 8.04.2021
  • 6.04.2021
  • 18.03.2021
  • 11.03.2021
  • 5.03.2021
  • 23.02.2021
  • 17.02.2021
  • 17.02.2021
  • 15.01.2021
  • 6.01.2021
  • 22.12.2020
  • 27.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930