Siyasət
5.01.2022
295
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı bilinib
Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib.
Azmarka.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi "Twitter"də bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Qeyd edək ki, Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.
Azmarka.az