Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya XİN Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü ilə bağlı bəyanat yayıb

İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.

Azmarka.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilib.

Bundan başqa, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdiyi də bəyanatda vurğulanıb.

“Tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və "kiçik addım"larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib”, - Rusiya XİN-in bəyanatında vurğulanıb.


Azmarka.az

Digər xəbərlər

  • 14.01.2022
  • 14.01.2022
  • 5.01.2022
  • 30.12.2021
  • 24.12.2021
  • 4.12.2021
  • 26.11.2021
  • 4.10.2021
  • 9.07.2021
  • 3.06.2021
  • 16.03.2021
  • 16.03.2021
  • 15.02.2021
  • 29.01.2021
  • 10.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31