Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Səfir: “Aİ Azərbaycan üçün etibarlı tərəfdaşdır”

“Avropa İttifaqı Azərbaycan üçün etibarlı tərəfdaşdır”.

Azmarka.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

“Biz pandemiyanın çətin dövrlərindən keçmişik. Ötən illərdə Azərbaycanla müxtəlif sahələrdə əlaqələri gücləndirmişik”, - səfir bildirib.

P.Mixalko Azərbaycan ilə Aİ arasında hərtərəfli sazişin yaxın vaxtlarda imzalanacağına ümidvar olduğunu qeyd edib.

Diplomat vurğulayıb ki, Aİ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir: “Aİ Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik üçün fəal addımlar atır. Əməkdaşlığımız enerji sektorunda inkişaf edir, “Cənub Qaz Dəhlizi” layihəsi mühüm rol oynayır. Həmçinin bərpa olunan enerji mənbələrinə də böyük diqqət yetiririk”.

Öz növbəsində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Aİ səfirini Avropa Günü münasibətilə təbrik edib.

“30 illik işğaldan sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonrakı dövrdə normallaşması Cənubi Qafqazda sülh, sabitlik, iqtisadi inkişaf və firavanlıq üçün tarixi imkan yaradacaq”, - XİN başçısının müavini deyib.

O, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və sülh müqaviləsinin imzalanmasının Azərbaycan üçün prioritet olduğunu xüsusi vurğulayıb.

“Azərbaycan enerji sahəsində Avropanın strateji, etibarlı tərəfdaşıdır. CQD-nin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı. Bu layihə Avropaya enerji təchizatını diversifikasiya etməklə enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - o söyləyib.

Nazir müavini əlavə edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və Azərbaycanda Aİ ölkələrindən 1 700-dən çox şirkət fəaliyyət göstərir.


Azmarka.az

Digər xəbərlər

  • 4.05.2022
  • 26.03.2022
  • 17.03.2022
  • 17.03.2022
  • 24.02.2022
  • 16.02.2022
  • 4.02.2022
  • 4.02.2022
  • 4.02.2022
  • 13.08.2021
  • 2.06.2021
  • 28.05.2021
  • 10.03.2021
  • 8.02.2021
  • 22.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930