Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ermənistanda anti-Rusiya meyilləri artır - VİDEO

Azmarka.az: Ermənistanda anti-Rusiya meyilləri hər ötən gün daha da artır. Xüsusilə Qarabağ məsələsində Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistanda qərbə meyillilik çoxalıb.

Millət vəkili Rasim Musabəyov deyir ki, Ermənistandakı indiki hakimiyyətin anti-Rusiya siyasəti əslində çoxdan var idi.

Hələ Paşinyan hakimiyyətə gəlməzdən əvvəl onun komandası Rusiya səfirliyinin qarşısında etiraz aksiyaları keçirirdilər. Rusiya əleyhinə özündə təhqiramiz ifadələri əks etdirən plakatlar qaldırırdılar.

Rasim Musabəyov hesab edir ki, indiki vəziyyətdə Ermənistanın yürütdüyü xarici siyasət, o cümlədən Nensi Pelosinin səfəri əslində heç nəyi dəyişməyəcək. Üstəlik, verilən vədlər də yerinə yetirilməyəcək.

Bu cür siyasət Ermənistanda əsası olmayan ümidlər yaradır və rəsmi İrəvan yanlış yola çəkilir.

Bütün bunları yaxşı anlayan Rusiya isə Paşinyan və onun komandasına dəstək verməyəcək. Əksinə, əgər daha da sərt şəkildə anti-Rusiya meyilləri yaransa, bu zaman Rusiya konkret olaraq Ermənistan hakimiyyətinə qarşı imkanlarından istifadə edəcək.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:



Digər xəbərlər

  • 21.08.2021
  • 16.06.2021
  • 9.06.2021
  • 29.05.2021
  • 16.05.2021
  • 7.04.2021
  • 31.03.2021
  • 21.03.2021
  • 18.03.2021
  • 9.03.2021
  • 4.03.2021
  • 28.01.2021
  • 26.01.2021
  • 23.01.2021
  • 16.01.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31