Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ərdoğanla Paşinyan görüşəcəkmi? - Türkiyə liderindən CAVAB

Azmarka.az: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada görüşə bilər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O, hazırda bəzi hazırlıqların getdiyini açıqlayıb: “Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Paşinyanın (Ermənistanın Baş naziri) ora gəlmək niyyəti var. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək”.

Bundan əlavə, Ərdoğan ölkəsinin Cənubi Qafqazda bu məsələlərlə bağlı müəyyən addımlarının olacağını da qeyd edib: “Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız Prezident İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”. /APA

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31