XİN rəhbəri: Erməni silahlı dəstələri Azərbaycan ərazilərini tam tərk etməyib

Azmarka.az: Ermənistan üçtərəfli bəyanata uyğun öhdəliklərini tam yerinə yetirmir. Bu, qəbuledilməzdir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar da 2021-ci ildə istehsal olunub.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.

“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.

Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.