“Rusiya Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır"

Azmarka.az: “Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır".

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin "dondurulması" və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır:

“Danışıqları mümkün qədər tez bərpa etməliyik".