Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan və Türkiyə ordularının ayyarımlıq yeni birgə təlimi ilə bağlı İLGİNC AÇIQLAMA

Azərbaycan və Türkiyə orduları növbəti birgə təlimlərə başlayır. Artıq hərbçilərimiz bu məqsədlə qardaş Türkiyəyə gediblər. Hərbçilərimizin İsparta bölgəsində qarşılanma mərasimi olub. Birgə təlimlər ay yarım sürəcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında məlumat verilib: “Can Azərbaycanla ”Bir millət, iki dövlət" anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. Altı həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən ay Ermənistanla sərhəd Qars bölgəsində Azərbaycan-Türkiyə birgə təlimləri keçirilmişdi. Hansı ki, bu hərbi təlimlər Ermənistanda və anti-Türk çevrələrdə ciddi təşviş yaratmışdı.

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərə ən yüksək səviyyədə maraq göstərir. Ali Baş Komandan İlham Əliyev demişdi ki, Azərbaycan özünün mini-Türkiyə ordusu modelini yaradacaq. Bəs birgə təlimlərin intensivləşməsində geniş ictimaiyyətin bilmədiyi məqamlar varmı, yoxsa bu, sırf öncədən təsdiqlənmiş qrafik üzrə həyata keçirilir?

Azmarka.az-ın xəbərinə görə, hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi plan tərtib olunub: “Bu, birgə hərbi fəaliyyətlər planıdır. Burada silahlı qüvvələrin bütün qoşun növləri üzrə birgə tədbirləri nəzərdə tutulur. Əvvəllər bu cür birgə planlar üzrə fəaliyyətlər bəlkə də çox sıx deyildi, ancaq get-gedə sıxlaşmağa başladı və sıxlaşmaqda davam edir. Təkcə 2020-ci ildə Naxçıvanda, az sonra Azərbaycanın digər ərazilərində uzunmüddətli birgə hərbi təlimlər keçirildi. Bu ilin fevralında isə Qarsda Azərbaycan-Türkiyə hərbi təlimləri oldu. İndi isə Türkiyədə daha bir birgə təlimlər olacaq.

Birincisi, Türkiyə kimi güclü silahlı qüvvələri, böyük hərbi təcrübəsi olan bir ölkənin ordusu ilə bu gün Azərbaycan ayaqlaşa bilirsə və birgə hədəfləri müəyyənləşdirib, o hədəflərə doğru hazırlaşıb birgə hədəfləri dəf eləyə bilirsə, birgə qoyulan məqsədlərə nail ola bilirsə, bu, Azərbaycan ordusunun, zabitlərinin, şəxsi heyətinin peşəkarlığı haqqında yüksək təəssürat verir. O biri tərəfdən mən deyərdim ki, bu gün Azərbaycan ordusunun şəxsi heyəti ilə bölgənin Ermənistandan başqa bütün ölkələrinin silahlı qüvvələri birgə təlimlərdə iştirak etmək marağında olar. Çünki bu ordu qısa zamanda böyük zəfər qazanıb, müasir müharibənin necə aparılmasını dünyaya göstərib. Biz bilirik Azərbaycan ordusu hansı müdafiə səddini yarıb, hansı texnika ilə silahlanan düşmənə qalib gəlib, hansı mürəkkəb relyefi olan məntəqələrdə döyüşüb qalib gəlib. Buna bütün dünya şahidlik etdi və Azərbaycan ordusunun nüfuzu dünyada yüksəldi. Qardaş Türkiyədə isə Azərbaycan ordusunu öz doğma orduları sayırlar. İki qardaş ölkənin orduları arasında sıx əməkdaşlıq var. Hər bir keçirilən hərbi təlim bu əməkdaşlığı daha da möhkəmlədir və ordumuzun döyüş qabiliyyətini gücləndirir. Azərbaycan üçün, həmçinin Türkiyə üçün bu cür birgə hərbi təlimlərin çox böyük faydası var".

Polkovnik vurğuladı ki, Türkiyə ordusunun komandanlığı həmişə Azərbaycan silahlı qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib: “44 günlük Vətən savaşından sonra ordumuz haqqında Türkiyə silahlı qüvvələrində ən yüksək fikir formalaşıb. Biz nə qədər birgə hərbi təlimlər keçirsək o qədər güclü olacağıq, daha təcrübəli olacağıq. Təcrübəli və güclü ordu ilə təlimlər aparılması ümumiyyətlə, peşəkarlığın növbəti mərhələyə çıxarılmasıdır. O biri tərəfdən təbii ki, iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin daha sıxlaşmasına da birgə hərbi təlimlər stimul verir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan müttəfiqliyi dostlarımızı sevindirir, düşmənlərimizi isə kədərləndirir.

Ən vacib amillərdən biri də budur ki, Türkiyə ilə ard-arda birgə hərbi təlimlərin keçirilməsi güc nümayiş etdirməkdir. Bir sıra dövlətlərə mesaj göndərilir ki, Azərbaycan heç zaman tək olmayacaq, Azərbaycanla Türkiyə ordusu vahid mexanizm qədər sıx əməkdaşlıq içərisindədir. Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri həm də Cənubi Qafqazda sülhün, sabitliyin qorunmasına geosiyasi cəhətdən böyük əhəmiyyəti olan tədbirlərdir. Azərbaycanla Türkiyə bu birgə hərbi təlimləri kiminsə torpaqlarına göz dikmək üçün həyata keçirmirlər. Məhz Cənubi Qafqazda sabitliyi qorumaq, antiterror əməliyyatlarını lazım olsa birlikdə aparmaq üçün birgə hərbi təlimlər keçirilir. Birgə hərbi təlimlər Azərbaycanın dəmir yumruğunu daha da möhkəmlədir. Əgər Ermənistanda hansısa qüvvələr revanşist hərəkətlərə yol versələr, möhkəmlənmiş dəmir yumruq məhz onların başına endiriləcək".


Azmarka.az

Digər xəbərlər

  • 4.03.2021
  • 2.03.2021
  • 13.02.2021
  • 11.02.2021
  • 5.02.2021
  • 30.01.2021
  • 27.01.2021
  • 15.01.2021
  • 27.12.2020
  • 10.12.2020
  • 22.11.2020
  • 20.11.2020
  • 17.11.2020
  • 18.10.2020
  • 14.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031