Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İran hakimiyyətinə qarşı təbliğatda günahlandırılan güneyli milli fəaldan YENİ XƏBƏR

İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəal Əli Şahiyə bəraət hökmü qazandırılıb.

Azmarka.az-ın xəbərinə görə, İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 1-ci şöbəsi tərəfindən verilən qərara əsasən, Ərdəbil sakini olan Əli Şahiyə bəraət verilib. Bu hökm, yanvarın 13-də məhkəmənin elektron sistemi vasitəsilə milli fəala göndərilib.

Əli Şahi “Ana Dili” adlı bir türkcə klip düzəltmək və rejim əleyhinə sosial media kanalları formalaşdırma vasitəsilə “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunmuşdu.

Güneyli milli fəal Əli Şahi ötən ilin sentyabr ayının 3-də Ərdəbil şəhərində İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və nəzarət altına alınmışdı.

Şahi bir müddət sorğu-sual olduqdan sonra 85 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.

Əli Şahi daha öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı nəzarət altına alınıb. O, həmçinin Güney Azərbaycanda nəşr olunan "Mənsiz qalan dağlar" adlı romanın yazarıdır.

Digər xəbərlər

  • 27.12.2021
  • 19.12.2021
  • 15.11.2021
  • 11.08.2021
  • 9.05.2021
  • 8.03.2021
  • 28.02.2021
  • 26.01.2021
  • 25.01.2021
  • 24.01.2021
  • 17.01.2021
  • 11.01.2021
  • 10.01.2021
  • 4.01.2021
  • 15.10.2020