Sosial
9.04.2021
134
Astarada yük maşını aşıb, ölən var
Astara rayonunda yol qəzası olub.
Azmarka.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Siyəkü kəndində baş verib.
Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Sahil Səfərəli oğlu Vəliyev yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, bortda olan şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az