Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub.

Azmarka.az bildirir ki,bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov saxlanılıblar.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5 400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930