Sosial
14.04.2021
486
Qubada gəlin evdən 11 min manatlıq oğurluq edib
Qubada evdən oğurluq olub.
Azmarka.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 5 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin gəlini M.Süleymanova saxlanılıb.
Azmarka.az