Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Avtomobilini piyada körpüsündən keçirməyə çalışdı, ilişib qaldı

İnsanı heyrətə salan hadisə Türkiyənin Adana şəhərində yaşanıb. Belə ki, sürücü avtomobilini piyada körpüsündən keçirməyə çalışıb.

Azmarka.az bildirir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, işlər planlaşdırıldığı kimi getməyib – avtomobil körpünün məhəccərləri arasında sıxışıb. Bundan sonra avtomobildə olan iki sərnişin ətrafdakılardan yardım istəyib. Hadisə yerinə hüquq mühafizəçiləri cəlb olunub. Onlar maşının kimin sürdüyü ilə maraqlanıblar. Lakin maşında olanların hər ikisi sərnişin olduqlarını deyiblər. Onlar ifadə vermək üçün polis idarəsinə aparılıb.

Avtomobil evakuatorun köməyi ilə sıxışdığı yerdən çıxarılıb.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930