Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir

Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri ilə yanaşı, aprelin ayının 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprel ayının 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb. Bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib.

Ötən müddət ərzində ümumilikdə 1600 nəfərə yaxın, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə 3300-dən artıq seans psixoloji yardım göstərilib. Bu günədək şimal-qərb bölgəsi üzrə 80 vətəndaş, o cümlədən 2 uşağa 130-dan artıq seans keçirilib.

Hazırda psixoloji yardım işi Bakı şəhəri, cənub bölgəsini əhatə etməklə Lənkəran şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir.

Azmarka.az

Digər xəbərlər

  • 9.04.2021
  • 9.04.2021
  • 8.04.2021
  • 18.03.2021
  • 18.03.2021
  • 18.02.2021
  • 13.02.2021
  • 1.02.2021
  • 28.01.2021
  • 20.01.2021
  • 16.01.2021
  • 11.01.2021
  • 7.01.2021
  • 3.12.2020
  • 1.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930