Sosial
10.05.2021
439
Biləsuvarda “QAZel” piyadanı vuraraq öldürüb
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmarka.az bildirir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 9-da saat 18 radələrində Biləsuvar şəhəri ərazisində şəhər sakini Ş.Əzizov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Mehdi Niftullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Niftullayev orada ölüb.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Azmarka.az