Sosial
21.05.2021
266
Yevlaxda maşın aşıb, xəsarət alan var
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Azmarka.az -ın verdiyi məlumatına görə, hadisə Yevlax- Ağdam yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağalıq əraziyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elmar Balaşlı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az