Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Zaqatalada kran 29 yaşlı kişinin həyatına son qoydu

Zaqatalada bədbəxt hadisə baş verib.

Azmarka.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Göyəm kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranla iş görən zaman kranın kabinası həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidova dəyib.

Zərbədən yerə yıxılan 29 yaşlı Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /modern.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031