Sosial
27.06.2021
137
Rusiyada azərbaycanlı gənc çayda boğulub
Şəki rayon sakini Rusiyada suda boğulub.
Azmarka.az-ın məlumatına görə, hadisə Moskva şəhərində qeydə alınıb.
Şəki rayon, Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Fedarasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.
V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.
Azmarka.az