Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şuşada şəhid olan 6 hərbçimizin nəşi təhvil alındı - RƏSMİ

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib. Azmarka.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk", nazirlikdən bildirilib.

Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 13.12.2020
  • 3.12.2020
  • 1.12.2020
  • 1.12.2020
  • 24.11.2020
  • 18.11.2020
  • 12.11.2020
  • 10.11.2020
  • 10.11.2020
  • 9.11.2020
  • 29.10.2020
  • 17.10.2020
  • 11.10.2020
  • 11.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031