Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan 5 ölkəni niyə iclasa çağırıb? - KRİTİK GÜN

Noyabrın 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilib.

Video-konfrans vasitəsi ilə keçiriləcək iclasda KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə qarşı problemlər və təhdidlər müzakirə ediləcək.

İclas zamanı narkotik ticarətinə qarşı mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə səylərinin koordinasiyası, həmçinin terrorçu və əlaqəli ekstremist ideologiyanın yayılmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Məlumata görə, iclasa Rusiya rəhbərlik edəcək. Rusiyanı isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir / publika.az


Azmarka.az

Digər xəbərlər

  • 19.12.2020
  • 18.12.2020
  • 16.12.2020
  • 14.12.2020
  • 4.12.2020
  • 3.12.2020
  • 3.12.2020
  • 3.12.2020
  • 2.12.2020
  • 2.12.2020
  • 27.11.2020
  • 18.11.2020
  • 17.11.2020
  • 29.10.2020
  • 17.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930