Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ermənistanın sabiq prezidenti 4-cü dəfə həbs edilə bilər

Bu gün Yerevanın ümumi yurisdiksiya Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın adı keçən cinayət işinə baxılması prosesi bərpa ediləcək.

Bu barədə keçmiş dövlət başçısının vəkilləri feysbukda bildirib.

Qeyd edək, sabiq prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonunda Qarabağda müharibəyə görə dayandırılmışdı.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 2008-ci ilin 1 martında (həmin vaxt 10 insan öldürülüb-red) keçirilən etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində Konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Ona qarşı cinayət işi 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsindən sonra başlayıb. Həmin vaxt Robert Koçaryan siyasətə qayıtdığını bildirib.

Sabiq prezident üç dəfə həbs edilib və həbsxanada ümumilikdə 500 gün keçirib. 2020-ci ilin iyununda Apelyasiya Məhkəməsi onun girov müqabilində həbsdən azad olunması barədə qərar çıxarıb.

Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 17.12.2020
  • 12.12.2020
  • 9.12.2020
  • 7.12.2020
  • 27.11.2020
  • 23.11.2020
  • 23.11.2020
  • 21.11.2020
  • 21.11.2020
  • 18.11.2020
  • 16.11.2020
  • 13.10.2020
  • 9.10.2020
  • 11.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031