Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir"

Aparılan sorğular göstərir ki, sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir göstərir.

Bunu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mahirə Əmirhüseynova deyib.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuda iştirak edən respondentlər sosial şəbəkələr üzərindən qurulan tanışlıqların ailə strukturuna iki formada ciddi zərbə vurduğunu müşahidə etdiyini qeyd edib:

"Çoxsaylı boşanmış ailələrlə işləyən hüquaşünas bu problemin olduqca ciddi olduğunu, 7 illik baş məsləhətçi olaraq çalışan respondent isə sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsinin sonradan ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarmasından narahat olduğunu bildirib. 4 respondent sosial şəbəkələrin ailə daxilində ünsiyyət problemi yaratdığını nəzərə çatdırıb. Onlar düşünürlər ki, sosial şəbəkələrin müsbət tərəfi yoxdur. Sosial şəbəkələr ailədə fərdləri bir-birindən uzaqlaşdırır. İnsanlar sanki sosial şəbəkələrlə yaşayırlar. Ünsiyyət yoxluğu yaranır" - deyə, o bildirib.

Azmarka.az

Digər xəbərlər

  • 12.11.2021
  • 29.09.2021
  • 11.08.2021
  • 7.07.2021
  • 6.07.2021
  • 6.07.2021
  • 21.04.2021
  • 12.03.2021
  • 5.02.2021
  • 19.01.2021
  • 11.01.2021
  • 22.12.2020
  • 18.12.2020
  • 11.12.2020
  • 2.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930