Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanlı sürücü Rusiyada bədbəxt hadisə nəticəsində ölüb

Hadisə yanvarın 4-də qonşu Rusiya dövləti ərazisində baş verib.

Azmarka.az-ın məlumatına görə, Balakən rayonu Tülü kənd sakini Əfqan Akqubayev idarə etdiyi iritonnajlı yük maşını ilə qonşu Rusiyanın Volqoqrad vilayəti yaxınlığında hərəkətdə olarkən maşında nasazlıq yaranıb.

Maşında baş verən nasazlığı aradan qaldırmaq məqsədi ilə təmir işləri aparan zaman baş verən bədbəxt hadisə nəticəsində Ə.Akqubayev ağır xəsarətlər alır.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda Ə.Akqubayevin nəşinin Dağıstan ərazisindən Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Ə.Akqubayev keçən il dekabrın 30-da Balakən rayonundan Ukraynaya xurma aparmaq məqsədilə iritonnajlı yük maşını ilə yola çıxıb.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031