Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İranda Qarabağa dəstək aksiyalarında tutulanlarla bağlı DƏHŞƏTLİ AÇIQLAMALAR

Sentyabrın 29-dan sonra iki həftə ərzində yüzlərlə vətəndaş İranda keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar saxlanılıb. Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) sədri, hüquq müdafiəçisi Jalə Təbrizli deyib.

Azmarka.az xarici KİV-ə istinadən xəbər verir ki, Təbrizlinin sözlərinə görə, saxlanılanların bir çoxu yüksək məbləğdə mülki zəmanət qarşılığında sərbəst buraxılmadan əvvəl ağır işgəncələrə məruz qalıb.

Jalə Tərizli deyib ki, Cıral Parkında milli fəallar hələ mitinqə başlamamışdan əvvəl tutulub: "Bunlara çox kötək vurmuşdular. Çox işgəncə etmişdilər. Çox pis rəftar etmişdilər. Səccad bəy Colaninin üzündən qan axırdı. Ondan sonra bunları həbsxananın içinə yığmışdılar. Bunları sakit etmək üçün o qədər bibər qazı vurmuşdular ki, mən əminəm birinin ağciyərində problem olsaydı, oradan sağlam çıxmazdı. Qazın təsirində bəzilərinin üzünün dərisi soyulmuşdu.”

“Əlimizdəki siyahı 189 nəfərdir. Amma tamamən etimad etdiyimiz mənbələr deyirlər ki, məsələn hansı məntəqədə neçə xanım tutuldu. O xanımların adını tapa bilmədik. Təbriz Bazarı bağlandıqdan sonra, Təbrizin özündə biz bilirik ki, yüzlər nəfər tutuldu. Halbuki, bizə 29 nəfərin adı gəldi. Bu adlar yoxdur, amma bilirik ki, sonradan çıxacaq. Bundan əlavə sentyabr ayında Ərdəbildə çıxdılar, oktyabrın 1-i, 6-sı, 13-ü, bu şəkildə davam etdi. Bunların hamısında tutuanlar çoxdur. Bu etirazlarda 22 xanım tutuldu ki, biri 13 yaşında qız uşağı idi. Bunlar bizə gələn adlardır. Amma bilirik ki, bundan da çoxdur. Məsələn, Urmiyədə o xanım ki, etirazı başlatdı, ondan heç xəbər yoxdur. Nə adı var, nə də bilirik ki, haradadır. Çox da döymuşdülər onu...” - Təbrizli deyib.

“Sonra da bir qrup ki, istəmişdilər Qarabağ azad olandan sonra şadlıq etsinlər, onları da tutmuşdular. Tikantəpə və Xoyda tutulanların adı bəllidir. Bunları sadəcə şadlıq etdikləri üçün tutub zindana aparmışdılar” - o, əlavə edib.

Tutulanların çoxu yüksək məbləğdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsalar da, onların haqqında mühakimə prosesi davam edəcək.

Jalə Təbrizlinin söylədiklərinə görə, Ərdəbildə tutulan fəallara 500 milyon tümənlik zəmanət çıxarıblar: "Sonra bunu 450 milyona endiriblər. Hamı belə zəmanətlər ilə azad olub. Bunların hamısını çağırıb mühakimə edəcəklər. Məgər bunlar nə edib ki? Deyirlər bunlar milli təhlükəsizliyə qarşıdır, Xameneyini təhqir edib, nizama qarşı təbliğat aparıb. Ailələr elə olur ki, neçə evin mülkiyyət sənədini qoyurlar ki, uşaqları azad olsun. Gəncləri azad olsun. O gənclər ki heç bir iş görməyib. Bu ailələrə çətindir. İranda yaşamaq çətindir, işsizlik var. Hətta bizim milli fəallarımız fəaliyyətləri üzündən işlərindən olur”.



Zaur İbrahimli,
Azmarka.az

Digər xəbərlər

  • 30.11.2020
  • 27.11.2020
  • 15.11.2020
  • 13.11.2020
  • 1.11.2020
  • 1.11.2020
  • 20.10.2020
  • 17.10.2020
  • 15.10.2020
  • 3.10.2020
  • 26.09.2020
  • 24.09.2020
  • 23.09.2020
  • 9.09.2020
  • 8.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031