Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ABŞ qədim tarixi nümunələri İraqa qaytaracaq

ABŞ İraqdan qanunsuz olaraq çıxarılan iki qiymətli tarixi nümunəni bu ölkəyə qaytaracaq.

Azmarka.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhhəf bildirib.

O deyib ki, İraq Respublikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri də qədim Babil şəhərindən olan çox nadir mixi yazılı elanın bir hissəsidir: "Bu nailiyyət İraq antik əşyalarının qanunsuz alverinin qarşısını almaq və İraq hökuməti vasitəsilə vətənə qaytarılması yönündəki səylər çərçivəsində ABŞ hökuməti tərəfindən müsadirə olunub”.

Sözügedən əşyaların yanvarın 20-də Los-Anceles Baş Konsulluğunda rəsmi mərasimlə İraq tərəfinə təhvil veriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, 2014-cü ildə İŞİD terrorçu təşkilatı İraqın üçdə bir hissəsini ələ keçirərək muzeylərdən, tarixi abidələri, bir çox qiymətli əşyaları qarət edərək xaricə çıxarmışdı.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031