Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralından MARAQLI İRAN BƏYANATI - Nə baş verir?

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yüksək rütbəli rəsmisi Sam Paparo ABŞ-ın İranla Vaşinqton və Tehran arasında İslam Respublikasının nüvə proqramı ilə əlaqədar gərginliyin yüksək olaraq qalmasına baxmayaraq, aylardır davam edən regional hücumlardan və gəmilərin ələ keçirilməsi hallarından sonra "çətin təmkin" əldə edildiyini bildirib.

Azmarka.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyndə yerləşən Birləşmiş Ştatların Dəniz Qüvvələrinin 5-ci Donanmasına nəzarət edən vitse-admiral Paparo Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ev sahibliyi etdiyi hər il keçirilən Manama Dialoqu çərçivəsində çıxışı zamanı açıqlamalar verib. O, İranın donanması, eləcə də İnqilab Keşikçilərinin dəniz qüvvələrinə münasibəti "sağlam hörmət" kimi təsvir edib.

“Biz asan olmayan çəkindirmə əldə etdik. Bu çətin məhdudlaşdırma dünya hadisələri və bu yolda baş verən hadisələrlə daha da şiddətlənir” – deyə vitse-admiral bildirib. "Lakin mən İranın dənizdə fəaliyyətinin lazımsız ehtiyatsızlıq, ya da dənizdə eskalasiya riskinə yol verməmək üçün ehtiyatlı, diqqətli və hörmətli olduğunu hesab edirəm", *- o, əlavə edib.

İranın BMT-dəki nümayəndəliyi şərh vermək haqda müraciəti cavablandırmayıb.

İran son aylarda birbaşa tanker ələ keçirməyib hədəf almasa da bu yaxınlarda Səudiyyə Ərəbistanı sahillərində neft tankeri minaya dəyərək partlayıb və Yəmən yaxınlığında bir yük gəmisinə hücum edilib. Hər iki hücumun arxasında olduğu ilə bağlı şübhələr dərhal Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarının üzərinə düşüb. Husilər hücumların heç biri ilə bağlı şərh verməyib.

ABŞ Hərbi Dəniz Qüvvələri və İran körfəzində ABŞ-ın hərbi gəmiləri ilə yanaşı hərbi gəmilərinin üzdüyü və bəzən avtomat silahlardan atəşlər və raket atılması ilə müşayiət olunan təlimlər keçirən İnqilab Keşikçiləri arasında müntəzəm olaraq gərgin qarşıdurmalar yaranır.

İnqilab Keşikçiləri İran körfəzinin dayaz sularında və Hörmüz boğazında patrul xidməti keçirir. İranın nizami dəniz donanması qüvvələri isə Oman körfəzi və Ərəbistan dənizində fəaliyyət göstərir.


Zaur İbrahimli,
Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 20.12.2020
  • 11.12.2020
  • 9.12.2020
  • 4.12.2020
  • 28.11.2020
  • 22.11.2020
  • 14.11.2020
  • 6.11.2020
  • 21.10.2020
  • 26.09.2020
  • 25.09.2020
  • 14.09.2020
  • 9.09.2020
  • 7.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031