Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

SSRİ-nin sonuncu müdafiə naziri öldü - Türkiyə Qarabağ savaşına qarışarsa üçüncü dünya müharibəsinin başlaya biləcəyini demişdi...

SSRİ-nin sonuncu müdafiə naziri, aviasiya marşalı Yevgeni Şapoşnikov 78 yaşında vəfat edib. RİA Novosti xəbər verir ki, bu barədə “Rusiya Hərbi Rəislər Klubu” aparatının rəhbəri Nikolay Deryabin bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi Mıtişi şəhərindəki Federal Hərbi Memorial Qəbiristanlığında keçiriləcək. Keçmiş hərbi xidmət rəhbərinin ölümünün səbəbi barədə məlumat verilmir. "TASS" agentliyinin tibbi dairələrə istinadən verdiyi xəbərə görə, Y.Şapoşnikov koronavirus infeksiyasından ölüb.

Qeyd edək ki, Y.Şapoşnikov 1942-ci ildə anadan olub, 1959-cu ildən Sovet Hərbi-Hava Qüvvələrində xidmət edib. 23 avqust tarixindən 26 dekabr 1991-ci il tarixinədək SSRİ Müdafiə naziri vəzifəsində çalışıb, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.

Azmarka.az xatırladır ki, 1992-ci ilin mayında Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-a Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etmişdi. O, Türkiyənin də savaşa qarışmamalı olduğunu söyləmiş, əks təqdirdə bunun "Üçüncü dünya müharibəsinin başlanğıcına çevrilə biləcəyini" demişdi.

Qeyd edək ki, ilk dəfə 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında müharibə riskindən danışılmışdı. Belə ki, 1992-ci ilin martında Naxçıvanın Sədərək rayonu ərazisində Azərbaycan və Ermənistan ordusu arasında döyüş səbəbindən həmin vaxt qardaş ölkə hərəkətə keçmişdi.

Ermənistanla sərhədə qoşun toplayan Ankara erməni qoşunlarının Naxçıvana hücumunun davam edəcəyi halda, döyüşlərə qoşula bilərdi. Türkiyənin o vaxtkı Quru Qoşunları komandanı Mühiddin Fisunoğlu “bütün hazırlıqlar görülüb və ordu irəli getmək üçün Ankaradan əmr gözləyir” açıqlaması vermişdi.

Məhz bunun ardınca Şapoşnikov yuxarıda xatırlatdığımız bəyanatla çıxış etmiş və həmin bəyanat uzun illər unudulmamışdı.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031