Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda daha iki Ordu Korpusu yaradıldı

“İndiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının dörd Ordu Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarət olduğu məlum idi”.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, qismən səfərbərliklə yeni şəxsi heyətin ordu sıralarına cəlb edilməsi yeni ordu korpuslarının yaradılmasına imkan verib:

“Dünən Bakıda Azərbaycan ordusunun Qarabağda uğurlu döyüş əməliyyatları nəticəsində ərazilərimizin işğaldan azad edilməsinə həsr olunan Zəfər Paradının keçirilməsi ilə və Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində bəzi dəyişikliklərin olduğu diqqətimizi cəlb etdi. Belə ki, paradda iştirak edən şəxsi heyətin keçidi zamanı V və VI Ordu Korpuslarının şəxsi heyətinin də iştirakı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində əvvəl mövcud olan ordu korpuslarına iki yeni ordu korpusunun da əlavə edildiyini göstərdi.

İki yeni ordu korpusunun yaradılması üçün imkanın, Azərbaycanda elan olunan qismən səfərbərlik nəticəsində mümkün olduğu göz qabağındadır. Azərbaycanın uzun müddət müharibəyə hazırlaşması, əlavə silah, texnika, sursat əldə edərək ehtiyatları artırması, yeni şəxsi heyətin qismən səfərbərliklə cəlb edilməsi ilə yeni ordu korpuslarının yaradılmasına da imkan verib. Beləliklə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibi 6 Ümumqoşun Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarətdir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həm sayının, həm silah və texnika potensialının artması ilə nəticələnib”\oxu

Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 18.12.2020
  • 10.12.2020
  • 5.12.2020
  • 1.12.2020
  • 1.12.2020
  • 27.11.2020
  • 24.11.2020
  • 20.11.2020
  • 14.11.2020
  • 4.11.2020
  • 31.10.2020
  • 17.10.2020
  • 1.10.2020
  • 29.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031