Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“Əriklik”in sahibi həbs edildi

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb. Azmarka.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb. Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb. Ağstafa rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov 5 sutka inzibati həbs edilib.



Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 22.12.2020
  • 19.12.2020
  • 19.12.2020
  • 17.12.2020
  • 16.12.2020
  • 16.12.2020
  • 9.12.2020
  • 9.12.2020
  • 2.12.2020
  • 18.11.2020
  • 16.11.2020
  • 12.11.2020
  • 6.11.2020
  • 29.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031