Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub. Bu barədə İnqilab Nəsirovun dostu, millət vəkili Fazil Mustafa bildirib.

"Qrup yoldaşımız və dostumuz, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov iki həftədir ki, xəstəxanada karonovirus yoluxmasından müalicə alır və sağlıq durumu çox ağırdır. Dualarımız onunladır və ümid edirik ki, Allahın mərhəməti üzərində olacaqdır", - Fazil Mustafa deyib.

İnqilab Nəsirov 2003-2004-cü illərdə Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Onun 2003-cü ildə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031